Axtarışlar vətəndaşların batdığı ehtimal edilən istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir
İyulun 6-da Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal edilən 2007-ci il təvəllüdlü Məmmədzadə Zeynəb Rasim qızının, iyulun 15-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal edilən 2004-cü il təvəllüdlü Qarayev Elgün Elçin oğlunun və iyulun 16-da Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Daçnik” adlanan dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal edilən 2003-cü il təvəllüdlü Əmirov Rəhman Məzahim oğlunun axtarışları davam etdirilir. AYNA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, hazırda axtarışlar FHN-in Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin qüvvələri tərəfindən vətəndaşların batdığı ehtimal edilən istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.
Əlavə məlumat veriləcək.