Avropa İttifaqı yeni tariflərlə bağlı ABŞ-dan izahat tələb edəcək

Dünya

24.07.2026 - 13:15

Kaya Kallas: "Amerika ilə razılaşmamız var idi və biz bu razılaşmaya sadiq qaldıq”

“Brüssel Vaşinqtondan yeni gömrük rüsumlarının tətbiqi ilə bağlı izahat tələb edəcək. Çünki yeni qərar Avropa İttifaqı üçün xoşagəlməz sürpriz olub”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Avropa diplomatiyasının rəhbəri Kaya Kallas deyib.

"Amerika ilə razılaşmamız var idi və biz bu razılaşmaya sadiq qaldıq. Bizim üçün bu razılaşmalara əməl edilməməsi xoşagəlməz bir sürpriz oldu", - Kallas “Reuters” agentliyinə verdiyi müsahibədə bildirib.

O həmçinin qeyd edib ki, yeni məhdudiyyətlər əsassızdır. Onun sözlərinə görə, Avropa əmək qanunvericiliyi Amerika qanunvericiliyindən daha yaxşıdır: “İttifaq ölkələrində ödənişli məzuniyyət var, çox yaxşı iş şəraiti var".

Qeyd edək ki, ABŞ məcburi əməyə qarşı mübarizə bəhanəsi ilə ticarət tərəfdaşlarına gömrük rüsumları tətbiq etmək qərarına gəlib. Bu tariflər 10%-dən 12,5%-ə qədər dəyişəcək. Məhdudlaşdırıcı tədbirlər Avropa İttifaqına (Aİ) üzv dövlətlər də daxil olmaqla 60 ölkəyə şamil ediləcək. Yeni tariflər, 24 fevralda 150 gün müddətinə qüvvəyə minən ABŞ idxalına müvəqqəti qlobal tarifləri əvəz edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş