Xaçmazda qəza - “VAZ” və “KİA” toqquşub

Hadisə

29.04.2026 - 15:04

Hadisə nəticəsində 2 nəfər ölüb

Xaçmazda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, Samur-Yalama yolunun Düztahir kəndi ərazisindən keçən hissəsində “VAZ” və “KİA” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində sürücülər - 31 yaşlı Yalama kənd sakini Orxan Mirzəquliyev və 35 yaşlı Ukuroba kənd sakini İsrafil Hidayətov hadisə yerində ölüb.

Avtomobildə sıxılmış vəziyyətdə qalan meyitləri çıxarmaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinin əməkdaşları cəlb olunub.

Orxan Mirzəquliyev 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş