Binanın qalan hissəsi yanğından mühafizə olunub
Bakı şəhərinin Nəsimi rayonunda üçmərtəbəli binanın 2-ci və 3-cü mərtəbəsində 230 m² sahədə mebel məmulatı, 80 ədəd boya çəlləyi (hər birinin həcmi 12 litr) yanıb.
Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, binanın hər mərtəbəsi 630 kvmetrdir, habelə 2-ci və 3-cü mərtəbəsi mebel sexi kimi fəaliyyət göstərir.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.