Vyetnamda daşqınlarda ölənlərin sayı 98-ə çatıb

Dünya

26.11.2025 - 17:03

2000-dən çox ev zədələnib: 426 ev tamamilə dağılıb

Vyetnamın mərkəzində leysan yağışları və daşqınlar nəticəsində ölənlərin sayı 98-ə çatıb. Hadisə nəticəsində 10 nəfər itkin düşüb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin Təbii Fəlakətlərlə Mübarizə və Bəndlərə Nəzarət İdarəsinin yaydığı məlumatda qeyd olunub.

Məlumata görə, 2000-dən çox ev zədələnib, 426 ev tamamilə dağılıb. 51,8 min hektardan çox çəltik və digər əkin sahələri su altında qalıb. 920 mindən çox mal-qara və ev quşları tələf olub.

Təbii fəlakətin ölkəyə vurduğu iqtisadi zərər 14,3 trilyon Vyetnam donqu (təxminən 570 milyon ABŞ dolları) həcmində qiymətləndirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş