Volodin: “ABŞ Rusiyanın aktivlərini oğurlamaqla qanunsuz qərar verdi”

Dünya

22.04.2024 - 12:54

“Rusiya tərəfinin xarici aktivlərlə bağlı simmetrik qərarlar qəbul etmək üçün bütün əsasları var”

“Vaşinqton oğurluq edərək açıq şəkildə qeyri-qanuni qərar verdi”. AYNA xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Vaşinqtonun Rusiya aktivlərini müsadirə etmək qərarını şərh edərkən deyib.

Volodin “Telegram” kanalında yazıb ki, bu addım digər ştatların, biznes strukturlarının və özəl investorların ABŞ-a inamını sarsıdacaq və beynəlxalq hüquqa düzəlməz ziyan vuracaq.

Volodin əlavə edib ki, Rusiya tərəfinin xarici aktivlərlə bağlı simmetrik qərarlar qəbul etmək üçün bütün əsasları var.

Dövlət Dumasının sədri vurğulayıb ki, bütün dünyada bloklanan 280 milyard dollarlıq Rusiya aktivlərinin yalnız 5-6 milyard dolları ABŞ-dadır.

“Vaşinqton Kiyev rejiminin qələbəsinə artıq inanmır, ona görə də onlar Rusiya aktivlərinin Ukraynaya verilməsindən söhbət gedəndə Kiyevin qaytarmalı olacaqları və ya özlərinin deyil, yalnız kreditlə vəsait verməyə hazır olduqlarını bildirirlər”, - deyə Volodin bildirib.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, Rusiya ABŞ-ın Rusiya aktivlərini müsadirə etmək qərarına cavab verəcək.

“The Washington Post”un yazdığına görə, Avropa hakimiyyəti Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsi imkanını rədd edir, çünki bu addım beynəlxalq hüququ poza, investorların avroya inamını sarsıda və Moskvanın cavab tədbirləri görməsinə səbəb ola bilər.

Müəllif: Ayna.az