Vilayəti: “ŞƏT və BRİKS yeni çoxqütblü dünya formalaşdırır”

Dünya

07.09.2025 - 09:22

“Qərbin ardınca gedən BMT tezliklə unudulacaq və yeni, çoxqütblü dünyanın yaradılmasına başlanacaq”

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Tiencin sammitinin nəticələri açıq şəkildə göstərdi ki, Qərbin ardınca gedən BMT tezliklə unudulacaq və yeni, çoxqütblü dünyanın yaradılmasına başlanacaq”. AYNA.AZ bildirir ki, bu sözləri İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.

“Dünya nəhayət ki, BMT sümüklərinin qırılma səsini eşitdi və praktiki olaraq prosesin başlanğıcını açıq şəkildə elan etmək mümkündür ki, bunun nəticəsində Millətlər Liqası kimi unudulacaq”, - o “Tasnim” agentliyinə müsahibəsində ŞƏT sammitinin nəticələri ilə bağlı sualı cavablandırarkən qeyd edib.

"Çin, Rusiya, İran, Cənubi Afrika, Braziliya və Hindistandan ibarət ŞƏT və BRİKS sadəcə olaraq bir-birindən ayrılmazdır. Gələcək dünya keçmişdən fərqli olaraq fərqli formada, fərqli məzmunda olacaq", - Xameneinin müşaviri əlavə edib.

Vilayəti qeyd edib ki, ŞƏT-ə üzv ölkələrin hərəkətləri ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun dünyada hegemonluğunu saxlamaq üçün bütün səylərini puça çıxarır.

Avqustun 31-dən sentyabrın 1-dək Tiencin şəhərində keçirilən ŞƏT sammitində 20-dən çox dövlətin rəhbərləri, o cümlədən Rusiya Federasiyasının Prezidenti, həmçinin 10 beynəlxalq təşkilatın nümayəndələri iştirak edib. Sammitin yekunları üzrə 15 yeni əməkdaşlıq sənədi imzalanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş