Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 4829-a çatıb

Dünya

16.07.2026 - 13:21

16700 nəfər yaralanıb, 6400 nəfər xilas edilib

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 4829-a çatıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Venesuela Milli Assambleyanın sədri Xorxe Rodrigez deyib.

O bildirib ki, rəsmi məlumatlara görə, 16700 nəfər yaralanıb, 6400 nəfər isə xilas edilib. Hakimiyyət orqanları 128300 ailəyə yardım göstərib. 17900 nəfər evsiz qalıb. 20800 nəfər 106 müvəqqəti düşərgədə yerləşdirilib.

Hökumətin hesabatına görə, 856 binaya ziyan dəyib, 190-u tamamilə dağılıb.

Fəlakət zonasında 2400 xarici xilasedici, 30900 təcili yardım xidməti işçisi və 31300 könüllü çalışıb.

Qeyd edək ki, iyunun 24-də Venesuelada iki güclü zəlzələ baş verib. Zəlzələlərin gücü 7,2 və 7,5 bal olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş