Samuxda 7-si azyaşlı olmaqla 10 nəfər zəhərlənib

Xəbərlər

15.07.2026 - 20:59

"Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib”

Samuxda zəhərlənmə hadisəsi baş verib. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.

15-dən artıq şəxsin qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirildiyi bildirilir.

İlkin məlumata görə, zəhərlənən şəxslər halva getdikdən sonra özlərini narahat hiss ediblər.

TƏBİB-dən AYNA.AZ-a bildirilib ki, iyulun 15-də saat 15:30 radələrindən etibarən 7-si azyaşlı olmaqla 10 nəfər (4 kişi, 6 qadın) zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

"Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir və vəziyyətləri orta ağır qiymətləndirilir", məlumatda deyilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş