“Qarşı tərəfin pozuntuları halında Tehran da öhdəliklərini yerinə yetirməkdən çəkinəcək”
“Hazırda Tehranın Vaşinqtonla danışıqlar aparmaq planı yoxdur və İran müdafiəyə diqqət yetirir”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İran İslam Respublikası Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Beqayi deyib.
O İran və ABŞ arasında imzalanan anlaşma memorandumunun "bir sıra qarşılıqlı öhdəlikləri təmsil etdiyini" vurğulayıb. Əlavə edib ki, "qarşı tərəfin pozuntuları halında" Tehran da "öhdəliklərini yerinə yetirməkdən çəkinəcək" və "gələcəkdə də eyni prinsipə riayət edəcək".