Venesuela və Qayana ərazi mübahisəsi ilə bağlı dialoqa hazırdır

Dünya

26.01.2024 - 13:15

cedabet dərman SEO Xidməti

Xarici işlər nazirləri nikbin bəyanatlar səsləndiriblər

Venesuela və Qayana xarici işlər nazirləri Braziliyanın paytaxtında keçirilən görüşdə ölkələr arasında ərazi mübahisəsinin həllində dialoqa hazır olduqlarını təsdiqləyiblər. AYNA xəbər verir ki, bu barədə “G1” informasiya portalı Braziliyanın xarici işlər naziri Mauro Vieyranın vasitəçiliyi ilə keçirilən görüşün yekununda XİN başçılarının bəyanatlarına istinadən məlumat yayıb.

"Biz Venesuela tərəfini əmin edirik ki, Qayana Venesuelanın ərazi iddiaları məsələsinin sülh yolu ilə həllinə sadiq qalacaq", - Qayanın xarici işlər naziri Hyu Todd bildirib.

Öz növbəsində Venesuelanın xarici işlər naziri İvan Gil Pinto bildirib ki, “Venesuela və Nikolas Maduro hökuməti qarşılıqlı məqbul həllə nail olmaq üçün alternativ yollar axtarmağa hazırdır”.

Venesuela XİN rəhbəri danışıqlardan sonra deyib: “Birbaşa danışıqlar mübahisəli ərazi Qayana-Essekibo üçün dinc və harmonik həll yolu tapmaq üçün yeganə yoldur. Biz xarici güclərin mübahisəyə müdaxiləsinin qarşısının alınmasının vacibliyini və ölkələrimiz arasında onilliklər əvvəl razılaşdırılmış şərtlərə əməl olunmasını təmin etmək üçün Qayananın bölünməz dəniz zonası ilə bağlı mövqeyini və hərəkətlərini araşdırmağın vacibliyini vurğuladıq".

Nazir həmçinin Qayanadan olan həmkarı ilə danışıqların nəticələrindən məmnun olduğunu və gələcəkdə müzakirələrdən çox şey gözlədiyini qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş