“Karakas ərazini qorumaq üçün yüksək səviyyəli komissiya yaratmağı da planlaşdırır”
Venesuela Parlamentinin Qayana ilə mübahisəli ərazi olan Qayana-Essekibonu qorumaq üçün qondarma qanun təsdiqlənib.
AYNA xarici mediaya istinadən bildirir ki, bu, "Venesuela Bolivar Respublikasının siyasi-ərazi təşkilatında 24-cü Qayana-Essekibo ştatının yaradılmasını" nəzərdə tutur, - deyə ölkə Prezidenti Nikolas Maduro aprelin 4-də Venesuela Sarayında keçirilən qanunun təsdiqi mərasimində deyib.
Onun sözlərinə görə, Karakas ərazini qorumaq üçün yüksək səviyyəli komissiya yaratmağı da planlaşdırır.
Qeyd edək ki, Venesuela Parlamenti qanunu mart ayında qəbul edib. Qayana hakimiyyəti Karakasın hərəkətlərini ilhaq cəhdi və beynəlxalq hüququn fundamental prinsiplərinin “açıq-aşkar pozulması” adlandırıb.