Vatikandan Papa Fransiskin səhhəti ilə bağlı açıqlama

Dünya

27.11.2023 - 15:44

cedabet dərman SEO Xidməti

“Papada pnevmoniya aşkarlanmadı, vəziyyəti yaxşıdır”

“Papa Fransiskin vəziyyəti yaxşıdır və antibiotiklər qəbul edir. Onda pnevminiyaya rast gəlinmədi”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Vatikanın Müqəddəs Taxt-Tacının Mətbuat Xidmətinin rəhbəri Matteo Bruni deyib.

"Təsdiq edirəm ki, KT müayinəsi pnevmoniyanı istisna etdi, lakin bəzi nəfəs çətinliyinə səbəb olan ağciyər iltihabı aşkarlandı", - deyə vatikan sözçüsü bildirib.

Bruni həmçinin əlavə edib ki, müalicənin daha effektli olması üçün Papaya venadaxili antibiotiklər üçün venoz kateter quraşdırılıb: “Lakin onun vəziyyəti yaxşı və stabil olaraq qalır, temperaturu aşağı düşüb, tənəffüs sistemi xeyli yaxşılaşıb. Müalicə ilə əlaqədar Papanın yaxın günlər üçün planlaşdırdığı mühüm tədbirlərdən bəziləri təxirə salınıb”.

Qeyd edək ki, bir müddət əvvəl Roma Papası Fransisk açıqlama verərək pnevmoniyaya görə Apostol sarayının balkonundan danışa bilməyəcəyini açıqlamışdı. Lakin o, BMT-nin iqlim konfransında iştirak etmək üçün dekabrın 1-də Dubaya gələcəyinə söz verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş