Vanqanın 2021-ci il proqnozları

Dünya

02.01.2021 - 05:57

Ekstrasens Vanqanın 2021-ci illə bağlı proqnozları ortaya çıxıb
 
COVID-19 pandemiyası, iqtisadi böhran, diplomatik gərginlik, təbii fəlakətlər, qadın qətlləri ilə dolu bir ili geridə qoyarkən, bir çox insan 2021-ci ilə böyük ümidlər bəsləyir. 
 
AYNA dünya mətbuatına istinadən xəbər verir ki, 1911-ci ildə Bolqarıstanda anadan olan, gənc yaşlarında görmə qabiliyyətini itirən və 11 sentyabr hücumlarından Çernobıl fəlakətinə qədər bir çox proqnozları doğru olan kor görücü Vanqanın 2021-ci ilə dair proqnozları gündəmə gəlib. İngilis tabloid mətbuatına görə, Vanqanın 2021-ci ilə dair proqnozları və gözləntiləri o qədər də xoş deyil. Belə ki, onun proqnozlarına görə, ekstremistlər və radikallar Avropanı işğal edəcək: “Ekstremistlər avropalılara qarşı kimyəvi silah istifadə edəcəklər. Qitədə həyatın sonu gələcək".
 
“Daily Star” qəzetinin yayımladığı xəbərdə Vanqa bu il Putinə sui-qəsd ediləcəyini iddia edib.
 
Vanqanın 2021-ci illə bağlı ən qorxulu şərhi isə belədir: “Dünya böyük fəlakətlərdən əziyyət çəkəcək. İnsanların şüuru dəyişəcək. Çətin anlar gələcək və insanlar inanclarından ayrılacaqlar”.
 
Vanqanın proqnozlarında bir əjdahadan danışdığı və həmin əjdahanın Rusiya, Hindistan və Çini simvolizə etdiyi deyilir.  Bu əjdahanın dünyanın supergücü olacağını iddia edən Vanqanın bu barədə proqnozu belə olub: “Güclü bir əjdaha insanlığı fəth edəcək. 3 nəhəng birləşəcək, bəzi insanların qırmızı pulu olacaq. 100, 5 və bir çox sıfır görürəm".
 
O, həmçinin günəş enerjisindən istifadə edən qatarların uçacağını iddia edib: “Neft istehsalı dayanacaq və dünya istirahət edəcək”.
Müəllif: Ayna.az