Vaksinasiya olunanların sayı açıqlanıb

Cəmiyyət

18.08.2022 - 21:12

Həkimlər Klinikalar SEO Xidməti

COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1456 vaksin vurulub. AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 222, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 192, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 885, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 157 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 844 344 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş