Pensiya məbləğləri necə indeksasiya olunacaq?

Cəmiyyət

18.12.2019 - 15:42

Vətəndaşın aldığı pensiya məbləği gələn aydan indeksasiya olunacaq və yanvar ayında pensiyaçı artırılmış məbləği alacaq

 

Son günlər İqtisadi və Sosial İnkişaf Mərkəzinə (CESD) pensiya məbləğlərinin necə indeksasiya olunacağı ilə bağlı daha çox suallar ünvanlanır. Qeyd edək ki, hər ilin yanvarında pensiya və eləcə də pensiya kapitalının indeksasyası həyata keçirilir.

 

Mövcud qanunvericiliyə əsasən, pensiya məbləğləri əvvəlki ildə orta aylıq əməkhaqqıdakı artımlara, pensiya kapitalı isə inflyasiya səviyyəsinə uyğun olaraq indeksasiya olunur. Bu, o deməkdir ki, pensiya alan vətəndaşımızın aldığı pensiya məbləği artıq gələn aydan indeksasiya olunacaq və yanvar ayında pensiyaçılar artırılmış məbləği alacaqlar. Pensiya kapitalı olan, amma hələlik pensiya yaşına çatmayan vətəndaşlarımızın yığımı isə inflyasiya göstəricisi ilə indeksasiya olunub artırılacaq.

 

Hələlik pensiya məbləğlərinin indeksasiya məbləği dəqiqləşməyib. Çünki bu rəqəm il başa çatandan sonra müəyyənləşir. Gözlənilir ki, 2020-ci il yanvarın ikinci yarısı Dövlət Statistika Komitəsi orta aylıq əməkhaqqıdakı rəsmi artımı elan etdikdən sonra pensiya məbləğləri indeksasiya olunaraq artırılacaq.

 

Qeyd edək ki, 2019-cu ilin yanvar-oktyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 13,7 faiz artıb.

Müəllif: Vüqar Bayramov, deputat, iqtisadçı-ekspert