Abituriyentlərin və valideynlərin nəzərinə!

Cəmiyyət

03.09.2019 - 14:03

"Abituriyentlər yaxşı olar ki, II ixtisas qrupuna üstünlük versinlər"

 

"2019/2020 tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanları və ümumi müsabiqə onu göstərdi ki, III ixtisas qrupu ixtisas qrupları içərisində ən gərgin qrup olmaqla yanaşı, həm də ən az ixtisası olan qrupdur. İxtisasların bir neçəsi II ixtisas qrupuna verildi. Və beləcə III qrupda seçim imkanları azaldı. III ixtisas qrupunda prestijli sayılacaq ixtisaslara qəbul olmaq isə olduqca çətin prosesdir".

 

AYNA xəbər verir ki, bunu təhsil ekspert Elçin Əfəndi deyib. Onun sözlərinə görə, hüquqşünaslıq, dövlət və ictimai münasibətlər, sosial iş, tarix, politologiya, fəlsəfə, Azərbaycan dili və ədəbiyyat, ingilis dili, tərcümə kimi ixtisaslara hələ ödənişli əsaslarla düşmək üçün ən azı 450 üzəri bal lazımdır: "Dövlət sifarişi ilə bu ixtisaslara düşmək üçün isə ən azı 550-600 üzərində bal lazımdır. Məhz bütün bunlara görə də, təkcə bu qəbul ilində 10000 nəfərə yaxın abituriyent və subbakalavr III ixtisas qrupu üzrə ali məktəbə qəbul ola bilmədi".

Картинки по запросу Elçin Əfəndi

"Ona görə də abituriyentlər yaxşı olar ki, II ixtisas qrupuna üstünlük versinlər. Çünki II ixtisas qrupu üzrə 450 balla hələ pulsuza, 250 balla da ən yaxşı ixtisasların ödənişlisinə düşmək imkanları var. Bundan başqa II və III ixtisas qrupu üzrə tək fərq ədəbiyyat və coğrafiya fənlərinə görədi. Qalan fənlər demək olar ki, eynidir".

Müəllif: Ayna.az