Vaksinasiya olunanların sayı açıqlanıb

Cəmiyyət

09.09.2021 - 19:19

Həkimlər Klinikalar SEO Xidməti

COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 59 268 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 24 270, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34 998 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 430 450, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 442 484, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 987 966 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş