Qarayara xəstəliyinə yoluxanların durumu barədə rəsmi məlumat

Cəmiyyət

19.09.2019 - 15:21

Səhiyyə Nazirliyi: Onlar 20-21 sentyabr tarixlərində evə buraxılacaqlar

 

Bir müddət əvvəl Sabirabad Rayon Mərkəzi Xəstəxanasına qarayara diaqnozu ilə daxil olan hər iki xəstənin vəziyyəti həkimlər tərəfindən yaxşı qiymətləndirilir. Bu barədə AYNA-ya Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən məlumat verilib.

 

Nazirlikdən xəstələrin 20-21 sentyabr tarixlərində evə buraxılacaqları bildirilib.

 

Qeyd edək ki, sentyabrın 9-da Sabirabad sakini olan 34 və 26 yaşlı iki nəfərdə qarayara xəstəliyi aşkarlanıb. Bundan əvvəl Sabirabadda daha iki nəfərdə qarayara xəstəliyi aşkarlanmışdı, onlardan biri dünyasını dəyişmişdi.

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Sabirabad rayonu Qaragüney və Həşimxanlı kənd sakinlərində aşkarlanan qarayara xəstəliyinin törədicisinin mənbəyinin müəyyən olunması üçün araşdırmalar aparır.

Müəllif: Ayna.az