ÜST “Pfizer/BioNTech” peyvəndlərini təsdiqləyib

Dünya

02.01.2021 - 00:44

“Pfizer/BioNTech” peyvəndini təsdiqləyən ilk ölkə İngiltərə olub

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) prof. Dr. Uğur Şahin və Dr. Özlem Türeci cütlüyü tərəfindən idarə olunan “BioNTech” şirkəti və Amerikanın dərman nəhəngi “Pfizer” tərəfindən istehsal olunan COVID-19 peyvəndinin təcili istifadəsini təsdiqləyib. 
 
AYNA xəbər verir ki, ABŞ-Alman tərəfdaşlığının “Pfizer/BioNTech” şirkətləri tərəfindən mRNA texnologiyası əsasında hazırlanan COVID-19 peyvəndi ÜST tərəfindən təsdiqlənmiş ilk peyvənddir. “Pfizer/BioNTech” peyvəndini təsdiqləyən ilk ölkə İngiltərə idi və daha sonra bu peyvəndin istifadəsi ABŞ və Kanadada təsdiq edildi. Avropa Dərman Agentliyi və AB Komissiyası da 21 dekabrda “Pfizer” peyvəndini təsdiqləmişdi.
Müəllif: Ayna.az