ÜST-nin baş direktoru Azərbaycana gələcək

Dünya

06.03.2024 - 15:58

cedabet dərman SEO Xidməti

Tedros Qebreyesus XI Qlobal Bakı Forumunda iştirak edəcək

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus XI Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək. AYNA xəbər verir ki, bu barədə “Moscow-baku.ru” məlumat yayıb.

Bildirilib ki, Qebreyesusun pandemiya və milli səhiyyənin potensialının gücləndirilməsi müqaviləsi mövzusunda məruzə edəcəyi gözlənilir.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə XI Qlobal Bakı Forumu martın 14-16-da keçiriləcək.

Tədbirdə 400-ə yaxın dünyaşöhrətli nümayəndə, eləcə də keçmiş və indiki dünya liderləri, nazirlər və Nobel mükafatçıları iştirak edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş