ÜST koronavirusdan ölüm sayını proqnozlaşdırıb

Dünya

26.09.2020 - 03:39

Həkimlər Klinikalar SEO Xidməti

Maykl Rayan: "Peyvəndin hazırlanmasına 9 ay vaxt gedə bilər"

 

Dünyada yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 1 milyona yaxınlaşır, lakin 2 milyona qədər arta bilər.

 

AYNA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə sahəsində fövqəladə vəziyyətlər proqramının direktoru Maykl Rayan deyib.

 

M.Rayan bildirib: "Bu, mümkündür. 9 ay ərzində koronavirusdan 1 milyon nəfər vəfat edib. Peyvəndin hazırlanmasına 9 ay vaxt gedə bilər və bu müddət ərzində daha 1 milyon insanın ölməsi mümkündür. Lakin indi insanları xilas etmək və bunun baş verməməsi üçün çox şey edilə bilər".

 

Qeyd edək ki, dünyada yeni növ koronavirusa (COVİD-19) 32,2 milyon nəfər yoluxub. Onlardan 983 min nəfəri vəfat edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş