ÜST: Dünyada bir gündə 90 mindən çox insan virusa yoluxub

Dünya

02.05.2020 - 22:49

cedabet dərman SEO Xidməti

Hazırda dünyada 3 267 184 COVID-19 xəstəsi var

 

Dünyada koronavirusa yoluxma hallarının sayı 3,2 milyonu ötüb.

 

AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

 

Məlumata görə, hazırda dünyada 3 267 184 COVID-19 xəstəsi var.

 

Son məlumata görə, dünyada bir gün ərzində koronavirusa 91,9 min yeni yoluxma və 5 799 ölüm qeydə alınıb. Ayrı-ayrı ölkələrdə ümumilikdə 229 971 insan pandemiyanın qurbanı olub.

 

Virusa yoluxma hallarının əksəriyyəti Avropada qeydə alınıb. Köhnə qitədə COVID-19-a 1 492 024 insan yoluxub. Onlardan 140,5 mindən çoxu ölüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş