Ünvanlı sosial yardım alan ailələrin sayı açıqlanıb

Cəmiyyət

26.04.2020 - 14:24

Həkimlər Klinikalar SEO Xidməti

Ünvanlı sosial yardım alan ailələrin sayı 82 minə çatıb

 

Aztəminatlı ailələrə dövlət dəstəyinin artırılması sahəsində aparılan işlərdən biri kimi, ünvanlı dövlət sosial yardım proqramının əhatə dairəsi də genişləndirilir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AYNA-ya verilən məlumata görə, aprelin 1-dən ünvanlı sosial yardımı alanların sayı 12 min ailə artaraq 82 minə çatıb.

 

Ünvanlı yardım alan ailə üzvlərinin sayı isə bu ay 50 min nəfər artıb və hazırda 340 min nəfərdir. Sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği də artmaqda davam edərək 222 manata çatıb.

 

Onu da bildirək ki, xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də dəstək göstərilib. Onlara bu yardımın verilməsi müddəti karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş