Ukraynalı həkimlər qazilərimizi müayinə ediblər - FOTO

Cəmiyyət

07.09.2021 - 13:11

Həkimlər Klinikalar SEO Xidməti

Həkim-ekspertlər tərəfindən 30 yaxın qazimiz müayinə olunub

 

“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin təşkilatçılığı ilə Ukraynadan dəvət olunmuş həkim-ekspertlər tərəfindən 30 yaxın qazimiz müayinə olunub.

Birlikdən AYNA-ya verilən məlumata görə, qazilərin tibbi müayinələri, həkim qəbulu, laborator analizlər və digər tibbi xidmətlər pulsuz təşkil olunub.

Tibbi müayinə aksiyasında qurumun idarə heyəti, klinikanın rəhbərliyi və tibbi personalı iştirak edib.

Tibbi aksiyada çıxış edənlər bildiriblər ki, qurum tərəfindən davamlı olaraq əhəmiyyətli tibbi dəstəyi həyata keçirməkdə əsas məqsəd şəhid ailələri və qazilərin sağlamlığının daha da yaxşılaşdırılmasına ictimai təkan olmaqla yanaşı tibbi dəstək göstərməkdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş