Xəstəlikdən ölənlərin ümumi sayı 6464 nəfərə çatıb
Ukraynada koronavirusa yoluxanların sayı 350 minə yaxınlaşıb. AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, ötən gün ölkədə 5426 nəfər koronavirusa yoluxub.
Bununla da pandemiya dövründə Ukraynada koronavirusa yoluxanların sayı 348 min 924-ə çatıb, 142 min 537 nəfər müalicəsini başa vurub. Ən çox yoluxma halları Kiyev, Odessa, Dnepropetrovsk və Xarkov vilayətlərində qeydə alınıb.
Ötən gün ölkədə 73 nəfər koronavirusdan həyatını itirib. Bununla da xəstəlikdən ölənlərin ümumi sayı 6464 nəfərə çatıb.
Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti dekabrın 31-dək uzadılıb və karantin şərtləri sərtləşdirilib.