Ukraynada hökumət istefaya göndərilib

Dünya

04.03.2020 - 20:32

Həkimlər Klinikalar SEO Xidməti

Zelenski Denis Şmıqalı ölkənin yeni Baş Naziri təyin etməyi təklif edib

 

Ukrayna Ali Radası Baş Nazir Aleksey Qonçarukun rəhbərliyi ilə hökuməti istefaya göndərib.

 

AYNA xarici KİV-ə istinadən xəbər verir ki, qərarın lehinə 353 millət vəkili səs verib. Bununla da Ukraynanın hazırkı hökuməti tam tərkibdə buraxılıb.

 

Qərardan əvvəl parlamentdə çıxış edən Prezident Vladimir Zelenski Ali Radaya Denis Şmıqalı ölkənin yeni Baş Naziri təyin etməyi təklif edib.

 

Qeyd edək ki, Qonçaruk istefa ərizəsini Ali Radaya dünən təqdim etmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş