“Ukrayna üçün ev” – Kiyev Britaniyanı daha çox qaçqın qəbul etməyə çağırıb

Dünya

26.03.2023 - 13:28

Səfir: “Bir çox vətəndaşımızın hələ də köməyinizə ehtiyacı var”  

Ukraynanın Londondakı səfiri Vadim Pristayko Böyük Britaniya dövlətinə və xalqına müraciət edərək ölkənin daha çox ukraynalı qaçqını qəbul etməyə çağırıb. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.

Qeyd olunub ki, Pristaykonun müraciəti Britaniyada “Ukrayna üçün ev” proqramının başlanmasının ildönümünə həsr olunub.

Diplomat Kiyevlə çiyin-çiyinə dayandıqlarına görə britaniyalılara təşəkkür edib və onları daha çox qaçqın qəbul etməyə çağırıb.

“Bir çox vətəndaşımızın hələ də köməyinizə ehtiyacı var”, - deyə səfir vurğulayıb.

Müəllif: Ayna.az