Ukrayna Prezidenti Rusiya ilə danışıqların şərtlərini açıqlayıb

Dünya

17.12.2022 - 08:37

Həkimlər Klinikalar SEO Xidməti

Zelenski: "Bizi maraqlandıran təkcə öz torpaqlarımızın azad edilməsidir"

“Rusiya ilə danışıqlar Ukraynanın işğal olunmuş əraziləri azad edildikdən sonra mümkündür. Bununla belə, onlar hörmətə əsaslanmalıdırlar”.

AYNA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Fransanın “LCI” telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, indi üçüncü şəxslərin çağırışlarıa baxmayaraq tərəflər arasında danışıqlar üçün mövzu yoxdur:

“Bizi maraqlandıran təkcə öz torpaqlarımızın azad edilməsidir, bundan sonra biz həmsöhbətinə hörmət etməyə və bizə məxsus olanı qaytarmağa hazır olan Rusiya ilə danışıqlara gedəcəyik. Məhz belə bir Rusiya ilə mən danışıqlara hazır olacağam, amma indiki Rusiya ilə deyil”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş