Ukrayna Prezident Ofisi rəhbərinə yeni müavin təyin edilib

Dünya

25.01.2023 - 01:35

Volodimir Zelenski yeni fərman imzalayıb

Ukrayna Prezident Ofisi rəhbərinə yeni müavin təyinatı olub. AYNA-nın xəbərinə görə, bu barədə UNİAN məlumat yayıb.

Bildirilir ki, Volodimir Zelenskinin fərmanı ilə bu posta Kiyev vilayətinin keçmiş qubernatoru Aleksey Kuleba gətirilib.

Müəllif: Ayna.az