Pentaqon rəsmisi: “Ukrayna ordusunun döyüş sursatı və artilleriyası yoxdur”
“Ukrayna ordusu ölkənin şərqində və cənubunda irəliləyiş əldə edir”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq deyib.
Bununla belə, Sinq Ukrayna qoşunlarının çətinliklərlə üzləşdiyini etiraf edib.
Pentaqon rəsmisi qeyd edib ki, ordunun döyüş sursatı və artilleriyası yoxdur: “Bunun səbəbi qismən Qərbin yardım təchizatının olmamasıdır”.
Bundan əvvəl Ukraynanın Baş naziri Denis Şmıqal ordunun əks-hücumunun davam etdiyini, lakin gözlənilən nəticəni vermədiyini bildirib. Baş nazir həmçinin döyüş sursatı çatışmazlığı ilə bağlı məlumat verib.