Ukrayna Belarusdan qaçan siyasi mühacirlərə sığınacaq verir

Dünya

28.08.2020 - 17:22

Həkimlər Klinikalar SEO Xidməti

Siyasi repressiyalardan əziyyət çəkənlərə ölkəyə giriş icazəsi verilib

 

Sərhədlərin bağlı olmasına baxmayaraq, Belarus vətəndaşları Ukraynaya səfər etmək imkanı qazanıblar. Bu barədə AYNA “İnterfaks”a istinadən xəbər verir.

 

Xarici İşlər naziri Dmitri Kuleba deyib ki, Belarusda siyasi repressiyalardan əziyyət çəkənlərə və siyasi böhranın nəticələri səbəbindən ölkəsini tərk etmək qərarına gəlmiş şəxslərə Ukraynaya giriş icazəsi verilib.

 

Qeyd edək ki, Ukrayna hökuməti əcnəbilərə sərhəd qapılarını bağlayıb. Qərar, koronavirusun yayılması ilə əlaqədar yaranan vəziyyətə görə verilib. Ukraynanın ərazisinə yalnız yaşayış icazəsi olan xarici vətəndaşlar, ölkənin universitetlərində oxuyan tələbələr, tranzit və üçüncü ölkəyə gedən turistlər, habelə beynəlxalq nümayəndəliklərin nümayəndələri və diplomatik nümayəndəliklərin qonaqları daxil ola bilərlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş