Nazir: “Bunu Minskin qəbuledilməz addımlarına görə etməli olduq”
Ukrayna Belarusdakı səfiri İqor Kizimi geri çağırıb. AYNA “Lenta.ru”ya istinadən xəbər verir ki, ölkənin Xarici İşlər naziri Dmitri Kuleba səfiri məsləhətləşmələr üçün çağırdıqlarını bildirib.
“Səfirin geri çağırılmasını tarixdə ilk dəfə etdik. Bunu Minskin qəbuledilməz addımlarına görə etməli olduq”, - deyə Kuleba vurğulayıb.