Türkmənistanda parlament seçkiləri keçirilib

Dünya

26.03.2023 - 20:31

Həmçinin vilayət, rayon, şəhər xalq şuraları və yerli özünüidarə orqanlarına da seçkilər baş tutub

Türkmənistanda yeddinci çağırış Milli Məclisə (parlament), həmçinin vilayət, rayon, şəhər xalq şuraları və yerli özünüidarə orqanlarına seçkilər keçirilib.

AYNa xarici mediaya istinadən bildirir ki, səsvermədə 3 milyon 496 min 475 seçici iştirak edib.

Türkmənistanda keçirilən parlament seçkilərində Demokrat Partiyası, Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyası, Türkmənistan Aqrar Partiyası və vətəndaşların təşəbbüs qrupları iştirak edib.

Ümumilikdə ölkə vətəndaşları Milli Məclisə 125 deputat seçiblər. Qeydə alınmış namizədlərin sayı isə 258 nəfərdir.

Müəllif: Ayna.az