4.2 bal gücündə zəlzələ Kastamonu vilayətində qeydə alınıb
Türkiyənin şimalında 4.2 bal gücündə zəlzələ baş verib. Zəlzələ Kastamonu vilayətində qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması İdarəsi (AFAD) məlumat yayıb.
Qeyd edilib ki, zəlzələnin ocağı 11,8 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.