Türkiyənin sabiq Baş Naziri vəfat edib

Dünya

30.10.2020 - 12:19

Məsud Yılmaz İstanbulda dəfn ediləcək

 

Türkiyənin sabiq Baş Naziri Məsud Yılmaz İstanbulda müalicə aldığı xəstəxanada 73 yaşında vəfat edib. Bu barədə AYNA Türkiyə mətbuatına istinadən bildirir.

 

Qeyd edilib ki, M.Yılmaz təxminən iki ildir ağciyər xərçəngi və digər xəstəliklərdən əziyyət çəkirdi.

 

1983-cü ildə Türkiyənin Rizə vilayətindən deputat seçilən M.Yılmaz 1986-1990-cı illərdə Türkiyənin Xarici İşlər naziri, Mədəniyyət və Turizm naziri, 1997-1999-cu illərdə Baş Nazir vəzifələrini icra edib. Məsud Yılmaz İstanbulda dəfn ediləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş