Məsut Yılmazın səhhəti yaxşılaşır
Türkiyənin sabiq Baş Naziri Məsut Yılmaz 3 gün əvvəl beyin əməliyyatı keçirib. AYNA Türkiyə KİV-ə istinadən bildirir ki, keçmiş ölkə rəhbərinin səhhəti yaxşılığa doğru gedir.
Yeditəpə Universiteti Xəstəxanasının Tibb direktoru, professor Fəxrəddin Keleştemur və Tibb Fakultəsinin Beyin və və əsəb cərrahiyəsi şöbəsinin rəhbəri, professor Uğur Türə, Məsut Yılmazın vəziyyəti ilə bağlı yazılı açıqlama yayıblar.
Açıqlamada bildirilir ki, Yılmaz mayın 5-də Uğur Türə və tibbi komandası tərəfindən əməliyyat edilib. Əməliyyat uğurlu alınıb, hazırda müalicəsi davam etdirilir. Sabir Baş nazirin səhhətinin sürətlə yaxşılaşdığı da qeyd edilib.