Türkiyənin Müdafiə naziri NATO ilə bağlı iddialara etiraz edib

Dünya

09.12.2019 - 18:35

Həkimlər Klinikalar SEO Xidməti

Hulusi Akar: “YPG-nin PKK-dan heç bir fərqi yoxdur, YPG terrorçudur və bütün dünya bunu belə də biləcək”

 

Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar, “Londonda təşkil edilən NATO zirvəsindən sonra Türkiyə YPG tezislərindən imtina etdi, Baltik və Polşa planlarını təsdiqlədi, bu səbəbdən bu məsələ sona çatdı" kimi bir fikrin ortaya çıxmasına etiraz edib.

 

AYNA xəbər verir ki, H.Akar, “Qəti olaraq belə bir şeydən söhbət gedə bilməz. YPG terrorçudur, PKK-nın Suriya qoludur və PKK-dan heç bir fərqi yoxdur. Bundan hər hansı bir şəkildə imtina etməyimiz və ya təxirə salmağımız əsla mümkün deyil. YPG terrorçudur, bunu bütün dünya belə də biləcəkdir”, - deyə bildirib.

 

Nazir, həmçinin bu məsələnin qeyri-rəsmi görüşlərdə bütün millətlər tərəfindən qəbul edildiyini xatırladıb: “Normal zəkaya sahib olan bir insan əlimizdəki məlumatları, sənədləri, fotoşəkilləri görəndə, o hesabatları oxuyanda YPG-nin PKK-nın bir qolu olduğunu, uydurma bir qərargah olaraq bilinən Kandildən əmr aldığını, fəaaliyyət göstərdiyini görür, başa düşür. Ancaq siyasi səbəblər, bəzi hüquq və mənfəətləri qorumaq üçün bütün bunların ifadə edilməsindən çəkinirlər".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş