Nazir AFAD Koordinasiya Mərkəzindən son vəziyyətlə bağlı məlumat alıb
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Hataya gedib. AYNA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviterdə məlumat yayıb.
Hulusi Akarı Türkiyə Silahlı Qüvvələrinin rəhbər heyəti müşayiət edir. Nazir AFAD Koordinasiya Mərkəzindən son vəziyyətlə bağlı məlumat alıb.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 maqnitudada zəlzələ olub. Nəticədə 1541 nəfər ölüb, 9733 nəfər yaralanıb.