Zəlzələ ocağı 6,99 kilometr dərinlikdə yerləşib
Türkiyədə 4,6 bal gücündə zəlzələ baş verib.
AYNA-nın məlumatına görə, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Bitlis vilayətinin Hizan rayonunda, yerli vaxtla saat 22:20-də qeydə alınıb. Zəlzələ ocağı 6,99 kilometr dərinlikdə yerləşib. Dağıntı və ya tələfat barədə məlumat yoxdur.