Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 29 605 nəfərə çatıb

Dünya

12.02.2023 - 20:49

cedabet dərman SEO Xidməti

Türkiyədə zəlzələ qurbanlarının sayı artmaqda davam edir

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 29 605 nəfərə çatıb.

AYNA xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş