Türkiyədə yoluxma və ölüm sayında yenidən azalma

Dünya

16.01.2021 - 02:28

Virusa yoluxanların sayı 2 373 115 nəfərə çatıb 

 

Türkiyədə son sutka ərzində koronavirusdan 169 nəfər dünyasını dəyişib, 921-i simptomatik olmaqla 8314 pasiyent COVID-19 xəstəsi kimi qeydiyyata alınıb. 

 

AYNA xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 23664-ə, bu virusa yoluxanların sayı isə 2 373 115-ə çatıb.

 

Ümumilikdə 27 milyondan çox test aparılıb. 

Müəllif: Ayna.az