Türkiyədə koronavirusdan ölənlərin sayı artıb
Türkiyədə son 24 saatda daha 1 546 nəfər koronavirusa yoluxub.
AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
O, qeyd edib ki, son gün ərzində ölkədə daha 50 nəfər koronavirusun qurbanı olub. Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 3 739 nəfərə çatıb. Pandemiya ərzində qonşu ölkədə COVID-19-a ümumilikdə 137 115 nəfər yoluxub.
Son gün ərzində Türkiyədə 3 084 nəfər sağalaraq evə buraxılıb. Pandemiya ərzində koronavirusa yoluxmuş 89 480 nəfər sağalıb.
