Türkiyədə koronavirusla bağlı son vəziyyət

Dünya

19.01.2021 - 01:29

Ölkədə COVID-19-dan ölənlərin sayı 24161 nəfərə çatıb 

 

Türkiyədə son sutka ərzində koronavirusdan 164 nəfər dünyasını dəyişib, 749-u simptomatik olmaqla 5862 pasiyent COVID-19 xəstəsi kimi qeydiyyata alınıb. 

 

AYNA xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 24161-ə, bu virusa yoluxanların sayı isə 2 392 963-ə çatıb.

 

Ümumilikdə 27 milyondan çox test aparılıb. 

Müəllif: Ayna.az