Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir
Türkiyədə toy, nişan və s. bu kimi mərasimlərdə yeni növ koronavirusla (COVID-19) mübarizə qaydalarına əməl etməyənlər cəzalandırılacaq.
AYNA-nın APA-ya istinadən xəbərinə görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin 81 vilayətə göndərdiyi sərəncamda bildirilib.
Qeyd olunub ki, COVID-19-la mübarizə ilə əlaqədar 7-9 avqust tarixlərində DİN sınaq təcrübəsi keçirəcək və bu müddət ərzində yuxarıda adıçəkilən mərasimlərdə kütləvi tətbiq olunan maska, sosial məsafə, sanitar-gigiyenik tələblərə əməl etməyənlərə cəza tətbiq olunacaq.