Türkiyədə koronavirus riski artan yerlərdə sərt qadağalar

Dünya

15.08.2020 - 21:07

Həkimlər Klinikalar SEO Xidməti

Ankarada 463 sakini və 130 ev olan məhəlləyə giriş-çıxış dayandırılıb

 

Türkiyədə koronavirus (COVID-19) infeksiyası riski olan bölgələrdə məhəllələr üzrə sərt tədbirlərə başlanılıb. AYNA Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ankaranın Etimesgut rayonunun Fevziyə məhəlləsi karantinə alınıb. Pasport qeydiyyatında 463 sakini və 130 ev olan məhəlləyə giriş-çıxış dayandırılıb.

 

Qaziantep valisi isə iki həftə boyunca vilayət ərazisində bütün ictimai tədbirləri, yürüş, mitinq, idman yarışları və s. mərasimlərin keçirilməsini məhdudlaşdıran qərar qəbul edib.

 

Toy və nişanlarda isə gəlin və bəyin valideynlərindən başqa 65 yaşdan yuxarı olanlar iştirak edə bilməzlər.

 

Qeyd edək ki, hazırda Türkiyədə infeksiyaya yoluxmada aşkar edilən gündəlik say 1200 nəfər əhatəsindədir. Gündəlik artım aidiyyəti qurumları ciddi narahat etməyə başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş