Ölkədə koronavirus xəstələrinin ümumi sayı 231 869 nəfərə yüksəlib
Türkiyədə koronavirusdan daha 19 nəfər ölüb. AYNA xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir qeyd edib ki, bununla ölkədə pandemiya qurbanlarının sayı 5 710 nəfərə çatıb.
Bu gün Türkiyədə daha 996 nəfərə koronavirus diaqnozu qoyulub. Beləliklə, ölkədə koronavirus xəstələrinin ümumi sayı 231 869 nəfərə yüksəlib.
Nazirin sözlərinə görə, COVID-19-a yoluxmuş 981 pasiyent sağalıb. Hazırda Türkiyədə koronavirusdan sağalanların sayı 215 516 nəfərdir.
"Yeni xəstə sayının artımının daha çox olduğu bölgələr Ankara, Mardin, Diyarbəkir, Gaziantep, Konyadır. 36 əyalətimizdə 3 gündə heç bir yeni ağır xəstəmiz olmadı", - deyə nazir bildirib.