Türkiyədə hərbi zavodda partlayş və güclü yanğın baş verib

Dünya

22.07.2026 - 15:17

Türkiyənin Eskişehir şəhərində fəaliyyət göstərən TUSAŞ Motor Sanayii A.Ş. (TEI) müəssisəsində güclü yanğın baş verib. AYNA.AZ xəbər verir ki, bu barədə "Haberler" məlumat yayıb.

Məlumata görə, yanğın müəssisənin istehsal sexlərindən birində baş verdiyi ehtimal olunan partlayışdan sonra başlayıb. Hadisədən dərhal sonra zavodun bütün əməkdaşları təxliyə edilib. Yanğının söndürülməsi üçün Türkiyə Hərbi Hava Qüvvələrinin ixtisaslaşmış yanğınsöndürmə bölmələri əraziyə cəlb olunub.

Hazırda yanğının səbəbi və hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə rəsmi məlumat açıqlanmayıb.

Qeyd edək ki, TUSAŞ Motor Sanayii A.Ş. (TEI) Türkiyənin aviasiya mühərrikləri istehsal edən əsas müəssisələrindən biridir. Zavodda həm mülki, həm də hərbi təyinatlı aviasiya mühərrikləri və müdafiə sənayesi üçün müxtəlif məhsullar istehsal olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş