Hakim Fəaliyyət və Həmrəylik Partiyasından əlli üç parlament üzvü qanunun lehinə səs verib
Moldova Parlamenti Baş nazir Vasile Tofanın rəhbərlik etdiyi yeni hökuməti təsdiqləyib. AYNA.AZ xəbər verir ki, bu barədə "Newsmaker" qəzeti məlumat yayıb.
İclasdan sonra parlament yeni hökumətə etimad səsi verib. Hakim Fəaliyyət və Həmrəylik Partiyasından əlli üç parlament üzvü qanunun lehinə səs verib.
Parlamentin plenar iclasında çıxışı zamanı Tofan qeyd edib ki, yeni hökumətin beş prioriteti olacaq: iqtisadi inkişaf, ölkənin modernləşdirilməsi üçün Avropa İttifaqına üzvlük prosesindən istifadə, dövlət sisteminin optimallaşdırılması, təhlükəsizliyin gücləndirilməsi və vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılması.
Qeyd edək ki, 11 iyulda Prezident Maya Sandu iş adamı Vasile Tofanı Baş nazir vəzifəsinə namizəd kimi irəli sürüb. 18 iyulda Tofan parlamentdən etimad səsi almaq niyyətində olduğu komandanı təqdim edib.