Büro əyalət Baş Prokurorluğunun daxilində fəaliyyət göstərəcək və yalnız terrorizmlə bağlı cinayətləri araşdıracaq
Türkiyədə müstəqil Terrorizmlə Bağlı İstintaq Bürosu yaradılacaq. AYNA.AZ xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.
Kanalın məlumatına görə, ölkənin ədliyyə nazirinin müvafiq əmri 81 əyalətin Baş Prokurorluğuna göndərilib. Büro əyalət Baş Prokurorluğunun daxilində fəaliyyət göstərəcək və yalnız terrorizmlə bağlı cinayətləri araşdıracaq.
Bu büroya təyin olunmuş müstəntiqlər digər cinayət növlərini araşdırmayacaqlar.